Məhkəmə sevgilisini döyən aktyorun etirazını rədd etdi


Digərləri 09 İyl 2020 10:02:00 169 0

Məhkəmə sevgilisini döyən aktyorun etirazını rədd etdi

Türkiyənin məşhur aktyoru Ozan Güven sevgilisi Deniz Bulutsuza şiddət göstərməsi iddiası ilə verilən iki aylıq uzaqlaşdırma qərarına etiraz edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor vəkili vasitəsilə məhkəməyə müraciət edərək qərarın qüvvədən düşməsini tələb edib.

O, eyni zamanda özünün də şiddətə məruz qaldığını bildirərək fotolarını İstanbul Məhkəməsinə göndərib.

Lakin hakim sənətçinin etirazını qəbul etməyib, verilən qərarın qanuna uyğun olaraq verildiyini bildirib.