"Çin və ABŞ arasındakı münasibətlər tarixin ən ciddi çağırışı ilə üzləşib"


Dünya 09 İyl 2020 09:45:00 174 0

"Çin və ABŞ arasındakı münasibətlər tarixin ən ciddi çağırışı ilə üzləşib"

Çin və ABŞ ikitərəfli münasibətlər tarixində ən ağır böhranla üzləşib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu videokonfrans formatında keçirilən forumda Çinin xarici işlər naziri Vanq Yi deyib.

V.Yi bildirib: "Çin-ABŞ münasibətləri yarandığı gündən ən ciddi problemlə üzləşib. ABŞ-da bəzi insanlar, ideoloji inanclar əsasında Çini rəqib və hətta düşmən kimi göstərməyə çalışırlar".

Onun sözlərinə görə, Çinin özünə məxsus inkişaf modeli var: "Çin başqa bir ABŞ ola və ABŞ-a çevrilə bilməz, onun uğurlu inkişaf yolu isə Qərbə zərbə vurmur və ona təhlükə yaratmır".