“Fujifilm” rekord tutuma malik lent daşıyıcı təqdim edib


Digərləri 09 İyl 2020 08:31:00 142 0

“Fujifilm” rekord tutuma malik lent daşıyıcı təqdim edib

Sərt disklərin populyarlığına baxmayaraq, məlumatların saxlanılması bazarında hələ də klassik lent həlləri daxil olmaqla alternativ daşıyıcı tipləri geniş yayılıb. "Fujifilm" şirkəti adi server komponentləri ilə rəqabət apara biləcək 400 TB tutumunda kaset tipli kartricini təqdim edib.

Son.az ictnews.az-a istinadən bildirir ki, lent həlləri əvvəlki kimi bəzi şirkətlər tərəfindən məlumatların saxlanılması faktı onlara giriş sürətindən daha vacib olduğu hallarda (məsələn, bank sahəsində) istifadə edilir. Məsələn, "Linear Tape-Open" (LTO-8-in) adlı 8-ci nəsil daşıyıcı adi rejimdə 12 TB-dək və sıxılmış rejimdə isə 30 TB-dək informasiya yazmağa imkan verir. Qiyməti 100 dollardır.

400 TB tutumunda lent daşıyıcılarının "LTO-13" standartına uyğun olacağı və 2030-cu ilədək onların kütləvi istehsalına başlanılacağı gözlənilir. Şirkət hələ ki bu lent daşıyıcının qiyməti haqqında məlumat vermir.