Mahmud Abbas İsrail ilə danışıqlara başlamağa hazır olduğunu bildirib
Dünya 09 İyl 2020 08:48:00 180 0
Fələstin rəhbəri Mahmud Abbas Rusiya Prezidenti Vladimir Putinlə söhbətində Fələstin rəhbərliyinin beynəlxalq vasitəçilərin - "dördlüyün" himayəsi altında İsrail ilə yenidən danışıqlara başlamağa hazır olduğunu bildirib.
Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə "VAFA" Fələstin xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, Kremlin mətbuat xidməti daha əvvəl Rusiya liderinin İsrail-Fələstin münaqişəsinin ədalətli həllini dəstəklədiyini bildirib.
Mənbə: milli.az