Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var FOTO


Digərləri 09 İyl 2020 08:38:00 153 0

Bakıda işıqforun işləməməsi qəzaya səbəb olub, xəsarət alanlar var  FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza Babək prospektində baş verib.

"Mercedes" markalı yük avtomobilinin sürücüsü Vidadi Hüseynov işıqforun qırmızı işığında dayanıb. Vüqar Abdullayev idarə etdiyi "Toyota" markalı nəqliyyat vasitəsilə yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində minik avtomobilində olan 3 qadın xəsarət alıb. Hər iki sürücü APA-ya bildirib ki, hadisə vaxtı yolun sağ tərəfində işıqfor işlək vəziyyətdə olmayıb.

Faktla bağlı araşdırma aparılır.