Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb


Dünya 09 İyl 2020 08:02:00 146 0

Çində ötən sutka koronavirusdan ölüm halı qeydə alınmayıb

Çində ötən sutka ərzində 9 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, yeni yoluxma hallarının hamısı xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 6 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 581 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.