Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb


Dünya 09 İyl 2020 07:15:00 132 0

Venesuelada ilin əvvəlindən inflyasiya 500 faizi ötüb

Venesuelada cari ilin 6 ayı ərzində qiymət artımı 500 faizdən çox olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Milli Assambleyanın (birpalatalı parlament) Maliyyə Komitəsinin "Twitter"dəki məlumatında deyilir.

Məlumatda deyilir: "İyun ayında inflyasiya 19,5 faiz, ilin əvvəlindən yığılmış isə 508,47 faiz təşkil edib".

Qeyd edilir ki, İllik qiymət artımı 3 524 faiz təşkil edib.