“Raspberry Pi 4” mikrokompüteri üçün “Akasa Gem Pro” korpusu buraxılıb


Digərləri 09 İyl 2020 07:21:00 168 0

“Raspberry Pi 4” mikrokompüteri üçün “Akasa Gem Pro” korpusu buraxılıb

"Akasa" şirkəti "Raspberry Pi 4 Model B" mikrokompüteri üçün "Gem Pro" adlı korpus təqdim edib. Alüminium korpus radiator rolunu oynamaqla aktiv soyutmanı aradan qaldırmağa imkan verir.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Akasa Gem Pro" bütün çıxışlardan, o cümlədən "GPIO" xətləri, "USB 2.0", "USB 3.0", "Ethernet" portları, eləcə də "HDMI" videoçıxışları və enerjinin toplanılması üçün nəzərdə tutulan "USB-C" çıxışından istifadəni təmin edir.

Məlumata görə, dəstə iki alüminium blok daxildir. Onlar vasitəsilə korpusa "Broadcom BCM2711" birkristallı sistemi və "USB 3.0" kontrollerindən istilik və korpus mikrosxemləri ilə daha yaxşı istilik kontaktı üçün istilik keçiriciləri ötürülür. Oxşar həll "SilverStone PI02" korpusunda da tətbiq edilib.

"Akasa Gem Pro" korpusunun qiyməti 30 dollar təşkil edir.