Elektron siqaretlər ölümcül təhlükəlidir XƏBƏRDARLIQ


Digərləri 08 İyl 2020 23:15:00 210 0

Elektron siqaretlər ölümcül təhlükəlidir  XƏBƏRDARLIQ

Elektron siqaretin buxarını hətta bir dəfə udmaq ürək-damar sisteminə mənfi təsir edir.

Son.az xəbər verir ki, bu xəbərdarlıqla ABŞ-ın Pensilvaniya Universitetinin Perelman Tibb Məktəbinin alimləri çıxış ediblər.

Tədqiqatçılar üzərində təcrübə aparılan insanlarda elektron siqaret mayesinin inqalyasiyasından sonra bud arteriyasında qan dövranının müvəqqəti dəyişdiyini müşahidə ediblər.

MRT müayinəsi qan dövranının hətta nikotinsiz mayedən istifadə vaxtı da dəyişdiyini göstərib. Alimlər hansı mayenin nəticələrə təsir etdiyini müəyyən edə bilməyib.