Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı


Digərləri 08 İyl 2020 21:50:00 171 0

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 8-nə olan statistik göstəriciləri açıqlayıb.

Son.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 355 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 537 230 test aparılıb. Aktiv xəstə sayı 8 542 nəfərdir, onlardan 317 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.