"Google" "Android" üçün iki yenilənmə buraxıb


Digərləri 08 İyl 2020 21:54:00 164 0

"Google" "Android" üçün iki yenilənmə buraxıb

"Google" şirkəti "Android" əməliyyat sistemi üçün iki yenilənmə buraxıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2020-07-01 və 2020-07-05 adı verilən yenilənmələr təhlükəsizlik sistemində bəzi qüsurları aradan qaldırmağa yönəlib.

Mütəxəssislərin fikrincə, bu qüsurlar müxtəlif istiqamətlərdə ola bilər. Ən başlıcası isə, "Android" istifadəçilərinin şəxsi məlumatlarının kibercinayətkarların əlinə keçməsi ehtimalıdır.

Qeyd olunur ki, yenilənmələr ümumilikdə 25-ə yaxın qüsuru aradan qaldıracaq.