İraqda son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb


Dünya 08 İyl 2020 21:35:00 121 0

İraqda son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb

İraqda son sutka ərzində koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, ötən gün ölkədə 2 741 nəfər koronavirusa yoluxub, daha 94 nəfər isə həyatını itirib.

Bu günədək İraqda koronavirusa yoluxanların sayı 67 442 nəfərə çatıb, 2 779 nəfər ölüb.

Mütəxəssislər ölkədə yoluxma sayının yaxın zamanlarda gündəlik 5 minə çatacağını ehtimal edir.