Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb


Dünya 08 İyl 2020 21:20:00 174 0

Almaniyada tullantıdan alınan enerji ilə işləyən avtobuslar işə düşüb

Almaniyanın Vuppertal şəhərində zibilyandırma elektrik stansiyasından alınan hidrogen yanacağı ilə işləyən avtobuslar hərəkətə başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, ekoloji təmiz avtobuslar havaya yalnız su buxarı buraxır.

Hazırda şəhər ərazisində müxtəlif marşrutlar üzrə 10 belə avtobus hərəkət edir. Gələcəkdə bu avtobusların sayının iki dəfə artırılması gözlənilir.

Hidrogen yanacağı ilə işləyən avtobuslar 75 sərnişin daşımaq gücündədir.