Avropa Komissiyası iri əczaçılıq şirkətləri ilə razılığa gəlib


Dünya 08 İyl 2020 20:03:00 139 0

Avropa Komissiyası iri əczaçılıq şirkətləri ilə razılığa gəlib

Avropa Komissiyası COVID-19 infeksiyasının müalicəsi üçün istifadə oluna biləcək eksperimental preparatların tədarükü ilə bağlı iri əczaçılıq şirkətləri ilə razılıq əldə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Komissiya bununla əlaqədar İsveçrənin "Roche" və Almaniyanın "Merck" şirkətləri ilə danışıqlar aparıb.

Qeyd olunur ki, razılığa əsasən "Roche" şirkəti revmatoid artrit üçün nəzərdə tutulmuş "RoActemra" dərmanlarını tədarük edəcək. Bu preparat "Remdesivir"lə birgə COVID xəstələri üzərində sınaqdan keçirilib.

Öz növbəsində "Merck" dağınıq sklerozun müalicəsi üçün istifadə olunan "Rebif" preparatını tədarük edəcək.

Razılaşmanın detalları açıqlanmasa da, bütün Aİ ölkələrinin bu preparatları əldə edə biləcyi deyilir.