Bu ölkədə koronavirusa rekord sayda gündəlik yoluxma qeydə alınıb


Dünya 08 İyl 2020 18:27:00 128 0

Bu ölkədə koronavirusa rekord sayda gündəlik yoluxma qeydə alınıb

Rumıniyada son sutka ərzində koronavirusa 555 yoluxma faktı qeydə alınıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu, pandemiya başlayandan ölkədə qeydə alınan ən yüksək göstərici olub.

Ölkədə bu günədək yoluxanların sayı 30 175 nəfərə çatıb. Onlardan 1 817 nəfəri ölüb.

Rumıniyada martın 16-da elan edilmiş 30 günlük fövqəladə vəziyyət bir neçə dəfə uzadılıb. İyunun 17-də bu müddətin daha bir ay uzadılması qərara alınıb.