Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub


Digərləri 08 İyl 2020 17:51:00 175 0

Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub

2020-ci ilin 6 ayında pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım qeydə alınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, pensiyaların maliyyələşməsinə son 6 ayda ötən ilin müvafiq dövrünə nisbətən 24,09 faiz (və ya 436,51 mln manat) çox vəsait yönəldilib

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri pensiyaların da mütəmadi artımına imkan yaradıb və bu artım 2020-ci ildə də davam edib.

Cari ilin əvvəlindən pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. 1 milyon 200 min pensiyaçını əhatə edən bu artım üçün ayda əlavə olaraq 43 mln. manat vəsait yönəldilib.