Azərbaycan nefti bahalaşıb


Digərləri 08 İyl 2020 17:57:00 159 0

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 44,46 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,1 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,09 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,06 dollar/barel çoxdur.