Lütfi Qədirovun ifşa edilməsi barədə


Digərləri 08 İyl 2020 17:04:00 190 0

Lütfi Qədirovun ifşa edilməsi barədə

Mədəniyyət Nazirliyi nəzdində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrının bədii rəhbəri Lütfi Qədirovun ifşa edilməsi ilə bağlı əməliyyatın videogörüntüləri yayılıb. Son.az xəbər verir ki, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan Lütfi Qədirov törətdikləri cinayətləri etiraf edib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə L. Qədirov barəsində həbs qətimkan tədbiri seçilib.