Xudat xəstəxanasına məxsus maşın aşdı,


Digərləri 08 İyl 2020 16:43:00 199 0

Xudat xəstəxanasına məxsus maşın aşdı,

Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə magistralın Qubanın Atuc kəndi ərazisindən keçən hissəsində baş verib. 

Xudat xəstəxanasına məxsus "UAZ" markalı maşın qarşısındakı avtomobilin ani manevr etdiyi üçün idarəetməni itirərək yoldan çıxıb və aşıb. Qəza zamanı maşında olan xəstəxananın iki əməkdaşı xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır.