Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər


Digərləri 08 İyl 2020 15:38:00 173 0

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər

"Koronavirusdan sağalan insanlar da yenidən bu virusa yoluxa bilərlər, ona görə onlar da tibbi maskalardan istifadə etməlidirlər".

Son.az xəbər verir ki, bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxan şəxslərin bu virusa yenidən yoluxmayacaqları ilə bağlı elmi sübut yoxdur:

"Orqanizmdə koronavirusa görə immunitetin nə qədər müddətə davam etdiyi bilinmir. Bəziləri deyir ki, bu immunitet 2-3 həftə, bəziləri deyir ki, 2-3 ay davam edir. Bu müddətin nə qədər olduğu dəqiq bilinmədiyi üçün COVİD-19-a yoluxan şəxs bu virusa yenidən yoluxa bilər".

N.Seyidov qeyd edib ki, COVİD-19-a növbəti dəfə yoluxanların bu xəstəliyi yüngül və ya ağır keçirməsi barədə də məlumatlar yoxdur: