Respublika Hərbi Prokurorluğuna 3 şöbə müdiri təyin edildi


Digərləri 08 İyl 2020 15:14:00 155 0

Respublika Hərbi Prokurorluğuna 3 şöbə müdiri təyin edildi

Respublika Hərbi Prokurorluğuna yeni şöbə müdirləri təyin edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Baş prokurorun əmrləri ilə, ədliyyə polkovniki Rövşən Əfəndiyev Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Nihad Şıxəliyev isə sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.