Kişilərin diqqətini çəkən Gülşən: “Sevmirəm səni” VİDEO FOTO


Şou-biznes 08 İyl 2020 14:35:00 539 0

Kişilərin diqqətini çəkən Gülşən: “Sevmirəm səni”  VİDEO  FOTO

Tamaşaçıların daha çox aktrisa kimi tanıdığı Gülşən Hüseynli ifa etdiyi yeni mahnısının klipini təqdim edib.

Son.az bildirir ki, postnews.az-a danışan G.Hüseynli bildirib ki, sözləri və musiqisi Arzu Abbasovaya məxsus olan "Sevmirəm səni" adlı mahnıya rejissor Faiq Nağıyev klip çəkib.

Maraqlı süjet xətti ilə diqqətçəkən klipin operatorları Əfqan Ələsov və Vüqar Nazimidir. Həmçinin yaradıcı işin ərsəyə gəlməsində miks-master hissəsini Oleq çalışıb.

Klipdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalov və gənc aktyor Eyvaz Hacıyev rol alıblar.

G.Hüseynli onu da qeyd edib ki, ifaçılıq sənətinə xüsusi yanaşır və peşəkar vokal müəllimi Aytən Zamanlıdan dərs alır.

Məlumat üçün bildirək ki, cazibədar görünüşü ilə kişilərin diqqətini çəkən Gülşən Hüseynli "Bir aləm var", "The Game", "Aldanmış hisslər" və başqa bir çox filmlərdə yaddaqalan obrazlar canlandırıb.