Serbiyada baş verən toqquşmalarda 43 polis yaralanıb


Dünya 08 İyl 2020 14:02:00 142 0

Serbiyada baş verən toqquşmalarda 43 polis yaralanıb

Serbiyanın paytaxtı Belqrad şəhərində axşam baş verən toqquşmalarda ən azı 43 polis əməkdaşı xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin direktoru Vladimir Rebiç bildirib.

Onun sözlərinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasına təkrar yoluxma hallarının artmasından sonra komendant saatının tətbiqinə etiraz olaraq baş verən toqquşmalarda 17 nümayişçi yaralanıb.

"Polis bir neçə saat davam edən qarışıqlığı nəzarətə götürüb. 43 polis əməkdaşı ciddi xəsarət alıb. Bizdə olan məlumata görə, nümayişçilərdən 17 nəfər yaralanıb", - V.Rebiç vurğulayıb.