Traktor su arxına aşdı,


Digərləri 08 İyl 2020 14:08:00 177 0

Traktor su arxına aşdı,

Bərdədə traktor su arxına aşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 7-də saat 18 radələrində Bərdə rayonunun Bala Ərəblər kəndi ərazisində Güloğlular kənd sakini Yelmar Məmmədov idarə etdiyi "JT" markalı traktoru su arxına salıb.

Nəticədə sürücü suda boğularaq ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.