Bakıda bazarda gizli faəliyyət göstərən kafe aşkarlandı,


Digərləri 08 İyl 2020 13:57:00 186 0

Bakıda bazarda gizli faəliyyət göstərən kafe aşkarlandı,

Bakıda xüsusi karantin rejimini pozan kafe aşkarlanıb.

Son.az APA-ya istinadən xəbər verir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən bazarın içində epidemiya əleyhinə rejim qaydalarını pozan kafedə 8-i qadın olmaqla 9 nəfər aşkar edilərək saxlanılıb.

Saxlanılanlardan 3 nəfər barəsində toplanan materiallar baxılması üçün Sabunçu rayon Məhkəməsinə göndərilib. 6 nəfər barəsində isə inzibati protokol tərtib edilib və onların hər birinə 200 manat cərimə cəzası verilib.