Ermənistanda daha 535 nəfər koronavirusa yoluxdu


Dünya 08 İyl 2020 13:29:00 168 0

Ermənistanda daha 535 nəfər koronavirusa yoluxdu

Ermənistanda koronavirusa yoluxanların sayı 29 820 nəfərə çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 535 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 18 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 521 nəfər koronavirusdan ölüb, 11 872 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.