Əlinə bıçaq alıb polisə tabe olmayan şəxs saxlanıldı VİDEO


Kriminal 08 İyl 2020 11:34:00 177 0

Əlinə bıçaq alıb polisə tabe olmayan şəxs saxlanıldı  VİDEO

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejimi qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb. 

Son.az xəbər verir ki, Bakı şəhər BPİ mətbuat xidmətindən qafqazinfo-ya verilən məlumata görə, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci  maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.