İran yoluxma sayına görə İtalyanı keçib, virusun yayıldığı Çin 22ci yerdədir Cari vəziyyət


Dünya 08 İyl 2020 11:10:17 165 0

İran yoluxma sayına görə İtalyanı keçib, virusun yayıldığı Çin 22ci yerdədir  Cari vəziyyət

Koronavirusa yoluxma sayına görə bir zamanlar birinci yerdə olan Çin hazırda siyahının iyirmi ikinci yerində qərarlaşıb. Siyahıda ondan sonra gələn İtaliya isə onluqdan çıxıb.

Hazırda 10 ölkə yoluxma sayına görə İtaliyanı keçib. ABŞ, Braziliya və Rusiya bu ölkəni bir müddət əvvəl üstələsə də, Meksika, Çili, Peru və İran qısa zamanda onluğa düşüb.

Lakin İtaliyada ölənlərin sayı Meksika, Çili, Peru və İranda ölənlərin sayından, iki, üç dəfə çoxdur. Ən çox ölüm halı isə ABŞ və Braziliyada baş verir.

Hindistan ölüm sayına görə üçüncü yerdədir. Lakin Hindistanın əhalisinin sayının 1 milyard 380 milyon olduğunu nəzərə alsaq, əhali nisbətinə görə ölüm sayı çox aşağıdır. Belə ki, burada 1 milyon əhaliyə düşən ölüm payı 15 nəfərdir.