Şəkil çəkdirmək istəyərkən uçurumdan yıxılıb öldü


Dünya 08 İyl 2020 10:50:00 177 0

Şəkil çəkdirmək istəyərkən uçurumdan yıxılıb öldü

Müşahidə meydançasında selfi çəkmək istəyən qadın uçurumdan yıxılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Krasnoyarsk şəhərində baş verib.

Bildirilir ki, istirahətə gəlmiş iki qadın dağa qalxaraq, müşahidə meydançasından gözəl mənzərə fonunda şəkil çəkdirmək qərarına gəlib. Qızlardan biri selfi çəkmək istəyərkən ayağı sürüşüb və 50 metr hündürlükdən yıxılıb.

Hadisə yerinə xilasedicilər cəlb olunub. Həlak olan qızın cəsədi tapılaraq, polis əməkdaşlarına təhvil verilib.