İndoneziyada koronavirusa yoluxanların sayı 66 min nəfəri keçib


Dünya 08 İyl 2020 09:16:02 149 0

İndoneziyada koronavirusa yoluxanların sayı 66 min nəfəri keçib

İndoneziyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 66 min nəfəri keçib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son sutka ərzində ölkədə 1268 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Bununla da İndoneziyada epidemiya başlayandan bəri COVID-19-a yoluxanların sayı 66 min 226 nəfərə çatıb.

Onlardan 30 min 700-nün sağaldığı, 3309 nəfərin isə həyatını itirdiyi bildirilir.