"Kilolu adamlar koronavirusu daha ağır keçirir" Baş infeksionist


Digərləri 08 İyl 2020 08:15:00 176 0

"Kilolu adamlar koronavirusu daha ağır keçirir"  Baş infeksionist

"İkinci qan qrupundan olan insanların koronavirusu ağır keçirmələri ilə bağlı deyilənlər doğru deyil".

Son.az xəbər verir ku, bunu news24.az-a açıqlamasında Respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. O qeyd edib ki, bunu yalnız müəyyən qrup həkimlər yaza bilər: "Amma bu dünyada qəbul olunmuş bir fakt deyil. Bu müəyyən insanların öz fikridir. Hələ koronavirus 3-4 aydır ki, yayılıb. Bununla bağlı dəqiq tədqiqat aparılmayıb. Biz Azəbaycanda ümumi olaraq xəstələri müşahidə edirik, amma bu sahədə tədqiqat aparılmayıb, dəqiq məlumat yoxdur". 

Baş infeksionist onu da əlavə edib ki, bu xəstəliyə yoluxmaqdan hər kəs ehtiyat etməlidir, nəinki ikinci qan qrupundan olan insanlar: "Virusa yoluxmamaq üçün qərargah tərəfindən verilən tövsiyələrə əməl etmək lazımdır. Ona görə də istər 2 ci, istərsə də digər qan qrupundan olan insanlar tövsiyələrə əməl etməlidirlər. Ən əsası isə hər hansı klinik əlamət meydana çıxarsa, mütləq həkimə müraciət etmək lazımdır. Özbaşına heç kim müalicə olunmasın. Ölümlərə və ağırlaşmalara səbəb evdə özbaşına müalicə ilə bağlıdır".

C.İsayev kilolu insanların virusu daha ağır keçirmələrinə də münasibət bildirdi:  "Kilolu adamların koronavirusu ağır keçirməsi ehtimalı yüksəkdir. Çünki insanın orqanizmi, ürək qan-damar sistemi,  ağciyərləri də, endokrin sistemi də insanın çəkisinə görə hesablanıb. Tutaq ki, bizim çəkimizi boyumuzla müqayisə edirik,  məsələn, 60 sm boyumuz varsa, 60 kq çəkimiz olmalıdır. Əgər çəkimiz 90 kq-dırsa orqanlarımız artıq 30 kq çəkiyə qulluq edir. Bütün orqanlar təzyiqə məruz qalır. Ona görə də ağır çəkili insanlar xəstəliyi ağır keçirir. Amma bu da tədqiqat aparılıb, dəqiqləşdirilməsi tələb olunan məsələdir".