Misir Səhiyyə nazirinin müavini: COVID19 ölkədə əhali artımına mənfi təsir göstərəcək


Dünya 08 İyl 2020 07:47:00 160 0

Misir Səhiyyə nazirinin müavini: COVID19 ölkədə əhali artımına mənfi təsir göstərəcək

Misir Səhiyyə nazirinin müavini Tarik Tevfik bildirib ki, COVID-19 pandemiyası dövründə ölkədə demoqrafik proseslər mənfi istiqamətdə dəyişib. Son.az AZƏRTAC-a istinadən bildirir ki, onun sözlərinə görə, son dörd ay ərzində evlənənlərin və dünyaya uşaq gətirənlərin sayında azalma müşahidə olunur və bu tendensiya qarşıdakı aylarda da davam edəcək. Nazir müavini əlavə edib ki, virusa yoluxma və iş yerini itirmə amilləri insanları ailə qurmaq və dünyaya uşaq gətirmək planlarından uzaqlaşmağa vadar edir.

Misir Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə COVID-19-a yoluxanların sayı 76 min nəfəri keçib, 3422 pasiyent dünyasını dəyişib. Səhiyyə işçiləri arasında da xəstəlikdən həyatını itirənlərin sayı artır. İndiyədək Misirdə 80-ə yaxın həkim və çoxlu sayda tibb işçisi vəfat edib.