Dəhşətli HADİSƏ: Ana 3 həftəlik qızını boğub öldürdü


Dünya 08 İyl 2020 07:39:00 157 0

Dəhşətli HADİSƏ: Ana 3 həftəlik qızını boğub öldürdü

Türkiyənin Kayseri bölgəsində qandonduran hadisə baş verib.

Son.az xəbər verir ki, 40 yaşlı Ayşe Bülbül 3 həftəlik qızı Mələyi boğaraq öldürüb.

Cəza çəkməkdən boyun qaçırmağa cəhd edən Ayşə bəhanə uydursa da, sonradan qızını qətlə yetirdiyini etiraf edib.

"Yatarkən uşağın üzərinə aşa bilərəm", - deyə, o bildirib.

Məhkəmə 40 yaşlı qadının həbsinə qərar verib. O, dərhal cəzaçəkmə müəssisəsinə göndərilib. (publika.az)