Lamborghini Urus krossoveri üçün xüsusi dəst hazırlayıb FOTO


Digərləri 07 İyl 2020 23:30:00 183 0

Lamborghini Urus krossoveri üçün xüsusi dəst hazırlayıb  FOTO

Lamborghini şirkəti, Urus krossoverinin xüsusi Pearl Capsule "dizayner" versiyasını təqdim edib. Adi Urus-dan fərqli olaraq, xüsusi seriyadan olan krossoverlərin eksteryer və interyerinin ikirəngli tərtibatında sarı, narıncı və ya açıq yaşıl rənglər üstünlük təşkil edir. Bundan əlavə, parlaq Urus krossoverləri xüsusi interyer tərtibatına və orijinal təkər disklərinə sahib olublar.

Lamborghini Urus Pearl Capsule üç firma rənglərindən birinə boyana bilər: sarı Giallo Inti, narıncı Arancio Borealis və ya yaşıl Verde Mantis. Xüsusi versiyanın xarakterik xüsusiyyətləri bamperlərin qara rəngli alt hissəsi, tünd kandarlar və qara damdan ibarətdir.

Son.az autograph.az-a istinadən bildirir ki, bundan əlavə, xüsusi krossoverlər kuzov rəngində haşiyələri olan qrafit rəngli 23-düymlük təkər diskləri ilə təchiz edilirlər. Əyləc supportları da kuzovun əsas rənginə boyanırlar. Xüsusi üslubun yaradılması ilə Lamborghini Centro Stile bölməsinin mütəxəssisləri məşğul olublar.

Sarı, narıncı və ya yaşıl rənglərin üstünlüyü salonda da özünü biruzə verir: oturacaqların yan tərəfləri, mərkəzi tunelin kənarları, qapı tutacaqları seçilmiş rəngdədirlər. Bənzər üslubda, sükan və qapı kartlarında, eləcə də kilimlərin kənarlarında ziddiyyətli tikişlər edilib. Oturacaqların özləri dəri və delikli alkantara ilə örtülmüş, ön panel elementləri karbon və qara rəngli alüminiumla bəzədiliblər.

Kiçik təkmilləşdirmələr paketi, 2021-ci ilin modeləri üçün əlçatan olacaqdır - açarın dizaynı dəyişəcək, 17 dinamikli 730 vattlıq Sensonum səs sistemi quraşdırılacaq, avtomatik parkınq sistemi isə sürücüyə yalnız paralel parketmədə deyil, həm də perpendikulyar parketmədə kömək edəcəkdir.