TikTokun qara günləri: 6 milyard dollarlıq zərər


Digərləri 07 İyl 2020 22:10:00 137 0

TikTokun qara günləri: 6 milyard dollarlıq zərər

Məşhur sosial şəbəkələrdən olan TikTok haqqında ortaya atılan iddialardan sonra böyük miqdarda zərərə düşüb.

Son.az ted.az-a istinadən bildirir ki, istifadəçilərin şəxsi məlumatlarının sızdırılmasında günahlandırılan tətbiq 6 milyard dollar itirib.

Qeyd edək ki, ötən günlərdə Reddit-də sözügedən tətbiqin istifadəçi məlumatlarının Çin hökumətinə ötürdüyü yazılıb.

Milyonlarla istifadəçi iddiadan dolayı tətbiqi boykot edərək bir daha istifadə etməyəcəklərini bildiriblər.

Bir çox ölkənin mediasında isə TikTok təcili silinməli tətbiqlər siyahısına salınıb.