Krossover və ofrouderlər piyadalar üçün daha təhlükəlidirlər


Digərləri 07 İyl 2020 22:30:00 147 0

Krossover və ofrouderlər piyadalar üçün daha təhlükəlidirlər

ABŞ-ın Yollarının Təhlükəsizliyi üzrə Sığorta İnstitutunun (IIHS) mütəxəssisləri araşdırmalar apararaq, ofrouder və krossoverlərin iştirak etdiyi qəzalarda piyadaların ölməsi və ya ağır xəsarət alması hallarının yüksək səviyyədə olduğunu aşkar ediblər. Yolsuzluq avtomobillləri kütlə və ölçülərinə görə sürücü və sərnişinlər üçün daha təhlükəsizdir, lakin piyadaların vurulması halında eyni parametrlər insanların sağ qalmaq şansını sıfıra endirir.

IIHS mütəxəssisləri ABŞ-ın Miçiqan ştatında baş vermiş 79 yol-nəqliyyat hadisəsini təhlil ediblər. Tədqiqat zamanı onlar 20 ilə 63 km/saat arasındakı sürətlərdə krossover və ya ofrouderlərin iştirak etdikləri qəzaların 30 faizindən çoxunun piyadaların ölümü ilə nəticələndiyini müəyyən ediblər. Eyni zamanda, minik avtomobillərinin iştirak etdiyi bənzər qəzaların 23 faizinin ölümlə nəticələndiyi məlum olub.

Tədqiqatlar sürət həddinin 65 km/saatın üzərində olması halında ofrouder və krossoverlərin vurduğu piyadaların sağ qalma şansının sıfıra bərabər olduğunu göstərib. Minik avtomobillərinin iştirakı ilə baş vermiş hadisələrin yalnız 54 faizi ölümlə nəticələnib.

Mütəxəssislərin fikrincə bu statistikanı yaxşılaşdırmaq üçün krossover və ofrouderlərin konstruksiyasına dəyişiklik edilməlidir. Belə ki, mütəxəssislər iri avtomobillərin ön hissəsini yüngülləşdirməyi təklif edilər. pPyadaların vurulması zamanı məhz ön hissə ağır xəsarətlərin alınması və ya ölüm riskini artırır.