Bakıda polisin qanuni tələblərinə əməl etməyən şəxs həbs edilib FOTO


Digərləri 07 İyl 2020 22:16:00 153 0

Bakıda polisin qanuni tələblərinə əməl etməyən şəxs həbs edilib  FOTO

Paytaxtın Sabuçu rayonunda xüsusi karantin rejim qaydalarını pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxs saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Son.az Trend-ə istinadən bildirir ki, Tovuz rayon sakini, 1997- cü il təvəllüdlü Tural Abbasov narkotik vasitələrin təsiri altında münaqişəli vəziyyət yaratdığına görə onun barəsində toplanmış matereallar rayon məhkəməsinə göndərilib.

Məhkəminin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206 və 535-ci maddələri ilə 40 gün həbs inzibati tənbeh növü tətbiq edilib.