Cupra Ateca da yenilənib FOTO


Digərləri 07 İyl 2020 22:01:00 178 0

Cupra Ateca da yenilənib  FOTO

Seat Ateca krossoverinin ardınca, onun Cupra markası altında buraxılan "bərkgedən" versiyası da yenilənib. İki il yarım əvvəl, Cupra Ateca krossoveri tamamilə Seat şirkətinə məxsus olan, lakin ayrıca loqosu və kiçik qərargahı olan köməkçi markanın ilk modeli olub. Cupra modeli Ateca ailəsinin bütün satışlarının təxminən 15 faizini təşkil edir. Modernləşmə isə gözlənilməz nəticələr verib.

Cupra Ateca modelinin eksteryerindəki dəyişikliklər standart Seat modeli ilə eyni şəkildə olub: yeni bamperlər, radiator barmaqlığı, standart LED işıq texnikası quraşdırılıb. Cupra virtual cihazlar paneli ilə əvvəllər də təklif edilirdi, indi isə, 9,2-düymlük ekranı (əvvəl 8,0-düymlük) olan, səslə idarələnən, Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyən yeni multimedia sistemi krossoverin baza təchizatına daxil edilmişdir.

Son.az autograph.az-a istinadən bildirir ki, Cupra Ateca iki əlavə düyməsi olan yeni sükan çarxına da sahib olub. Sol düyməyə basdıqda hərəkət elektronikasının ən ekstremal Cupra rejimi aktivləşir. Sonrakı toxunuş ilə başqa rejimi (Normal, İdman, Individual, Offroad və ya Snow) seçmək olar. Sağ düymə isə mühərriki işə salır və dayandırır, onun mərkəzi tuneldəki yerini stabilizasiya sistemini söndürən düymə tutub. Ötürmə qutusunun sükanaltı dəstəkləri bir qədər iri olublar.

Texniki cəhətdən heç bir dəyişiklik baş verməyib. Cupra Ateca 300 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən 2.0-litrlik dördsilindrli turbomühərrikə, yeddi pilləli DSG "robotuna"  və arxa oxu qoşan miftaya sahib olan 4Drive tam ötürmə sistemnə malikdir. Hətta, maksimal sürət də dəyişməyib - 247 km/saat. Bununla birlikdə, optimallaşdırılmış tənzimləmələr sayəsində 100 km/saat qədər sürətlənmə vaxtı əhəmiyyətli dərəcədə azalıb - 4.9 saniyə (- 0,3 saniyə).

Cupra Ateca modelinin standart təchizatına adaptiv DCC asqı sistemi və 19-düymlük təkər diskləri daxildir. Opsiyalar arasında əvvəlki kimi "acıqlı" Akrapoviç buraxılış sistemi vardır. İndi isə bu siyahıya daha güclü Brembo əyləc mexanizmləri daxil edilib.

Avropada yenilənmiş Cupra Ateca krossoverlərinin satışlarına yayın sonunda başlanmalıdır. Yenilənmədən öncəki modelin Almaniyadakı satış qiyməti 44 min avrodan başlayırdı. Cupra və Seat avtomobilləri rəsmi olaraq Azərbaycanda satılmırlar.