Lincoln Continental sedanı tarixin arxivinə göndərilir FOTO


Digərləri 07 İyl 2020 20:30:00 179 0

Lincoln Continental sedanı tarixin arxivinə göndərilir  FOTO

Amerikanın avtomobil tarixində xüsusi yerlərdən birini tutan sedanlardan biri də arxivə göndərilir. Söhbət, Lincoln Continental sedanından gedir. Beləliklə, amerikan markasının model xəttində sedan kuzovlu avtomobil olmayacaq. Xatırladaq ki, bu ay amerikan istehsalçısı MKZ modelini istehsaldan çıxarmalıdır. Lincoln Continental isə ilin sonuna qədər buraxılacaqdır. Sərbəst qalmış ehtiyatlar krossoverlər xəttinin yenilənməsinə və ilk elektrokarın yaradılmasına yönəldiləcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, şirkətdən verilən məlumata görə, belə qərarın qəbul edilməsinə müştərilərin tələbat və istəklərinin strukturunun dəyişməsi səbəb olub. Krossoverlərin populyarlığı ildən-ilə artır, sedanların isə, əksinə azalır. Müqayisə üçün, 2017-ci ildə satışların pik nöqtəsində Lincoln şirkəti 12 mindən çox Continental satmışdısa, keçən il satış rəqəmləri iki dəfə azalaraq 6586 avtomobil təşkil edib.

Nə dilerlər, nə də məhdud sayda buraxılmış Continental Coach Door Edition modifikasiyası modeli xilas edə bilməyib. Xüsusi seriyadan olan sedan adi Continental modelindən 152.4 millimetr artırılmış təkər bazası, planşet tutucusu və simsiz doldurma meydançası olan yığışdırılan masa ilə təchiz edilmiş mərkəzi tuneli, 30 istiqamətdə tənzimlənən oturacaqları və səs-küy boğma sistemi ilə fərqlənirdi.

Lincoln şirkəti Continental modelini 2016-cı ildə yenidən canlandırıb və o, MKS sedanını əvəzləyib. Sedanın onuncu nəsli Ford Mondeo modelinin platformasında inşa edilib. Lincoln Continental modelinin mühərrik çeşidinə 340 at qüvvəli 2,7-litrlik, 406 at qüvvəli 3,0-litrlik EcoBoost turbomühərrikləri, həmçinin 309 at qüvvəli 3,7-litrlik atmosfer V6 Cyclone mühərriki daxildir.