Yaponiyada ABŞın aviabazasında koronavirusa yoluxma qeydə alınıb


Dünya 07 İyl 2020 19:21:00 165 0

Yaponiyada ABŞın aviabazasında koronavirusa yoluxma qeydə alınıb

Yaponiyanın cənubundakı Okinava prefekturasında ABŞ-a məxsus aviabazada bir neçə nəfər koronavirusa yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, yoluxanların dəqiq sayı barədə açıqlama verilməyib.

Bir neçə gün əvvəl aviabaza rəhbərliyi 1 hərbçinin koronavirusa yoluxduğunu bildirmişdi.

Qeyd olunur ki, yoluxanlar təcrid edilib. Onların sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.