"TikTok" ABŞda qadağan edilə bilər


Digərləri 07 İyl 2020 19:51:00 167 0

"TikTok" ABŞda qadağan edilə bilər

ABŞ-da Çin sosial şəbəkələri, o cümlədən "TikTok" tətbiqi qadağan edilə bilər.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo deyib. O bildirib ki, hazırda bu məsələ ciddi şəkildə nəzərdən keçirilir.

İddia olunur ki, "TikTok" kimi proqramlar istifadəçilərin şəxsi məlumatlarını ələ keçirməklə milli təhlükəsizliyə təhlükə yaradır.

Bir müddət əvvəl Hindistanda "TikTok", "WeChat" kimi Çin sosial şəbəkələri və proqramlarının fəaliyyəti qadağan olunmuşdu.

Son.az