Hulusi Akar: Liviya liviyalılarındır


Dünya 07 İyl 2020 19:42:00 185 0

Hulusi Akar: Liviya liviyalılarındır

"Türkiyə və Liviya xalqının 500 illik ortaq keçmişi, dəyərləri və tarixi var. Liviya Liviyalılarındır. Bu çətin günlərində onların yanında olmağa davam edəcəyik".

Son.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar müsahibəsində deyib.

Türkiyənin beynəlxalq hüquq çərçivəsində Liviya ilə bağlanmış müqavilələrə uyğun olaraq fəaliyyətlərini davam etdirəcəyini söyləyən Hulusi Akar "Biz burada həm beynəlxalq hüquq normalarına, həm dəniz hüququna, həm də Liviya ilə ikitərəfli müqaviləyə uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Həm ikitərəfli müqavilələr, həm də beynəlxalq hüquq çərçivəsində BMT tərəfindən tanınan, Sərracın təmsil etdiyi hökumətlə münasibətlərimizi davam etdiririk. Bu mənada münasibətlərimizi bu günə qədər əldə etdiyimiz razılaşmalar çərçivəsində inkişaf etdiririk", - deyib.

Liviya sahillərində bir fransız gəmisinin türk donanması tərəfindən təcavüz edildiyi iddiasıyla əlaqədar danışan Akar "Bu iddiaları heç bir halda qəbul edə bilmərik, əlimizdəki bütün məlumatları və sənədləri NATO-dakı bütün qurumlarla, hərbi və mülki orqanlarla paylaşdıq. Bütün məlumatları da verdik. Əlavə məlumatlar verməyə də hazırıq. Əlimizdəki məlumatlar və görüntülər Fransanın iddialarının doğru olmadığını ortaya qoyur. Fransanın belə bir yola baş vurması dostluğa, müttəfiqliyə uyğun deyil. Ancaq bildiyiniz kimi, Fransa Haftarı dəstəkləyir. Daha sonra Haftarın vəhşi tərəfi üzə çıxdıqdan, xüsusilə Tarhunadakı kütləvi məzarlıqlar, qadınların və uşaqların necə öldürüldükləri ortaya çıxdıqdan sonra Haftarla münasibətlərini qorumaq üçün əsasları qalmadı. Həmçinin Haftar tərəfdarları tərəfindən kustar üsulla hazırlanan, bölgədəki bütün mülki əhalini hədəf alan partlayıcılarla, minalarla ərazini çirkləndirmiş olmaları da onların bəşəriyyətə qarşı cinayət etdiklərini ortaya qoyur. Fransa etdiyi siyasi səhvləri kompensasiya etmək üçün müxtəlif bəhanələrlə Türkiyəni günahlandırır.

Türkiyənin hər hansı bir şəkildə bunu qəbul etməsi mümkün deyil. Bunlar yaxın günlərdə NATO tərəfindən araşdırılmaqla bütün həqiqətlər aşkar ediləcəkdir. Bizim oradakı gəmimizin tamamilə NATO prosedurları çərçivəsində hərəkət etdiyini, beynəlxalq dəniz qanunlarına əməl etdiyini və bu məsələdə səhvimiz olmadığını açıq şəkildə göstərəcəyik. Bizim fransız gəmisinə təcavüz etməməklə birlikdə, əvvəl yunan gəmisi ilə bir dialoqumuz oldu və heç bir problem yaşanmadı. Və yenə İtaliya gəmisi ilə qarşılıqlı xəbərləşməmiz oldu. Fransız gəmisi eyni şəkildə gələndə suallarına uyğun məntiqli cavablar verilməsinə baxmayaraq, fransız gəmisi bizim üç dəniz gəmimizdən ibarət karvana 20 dəniz mili sürətlə araya girərək çox təhlükəli bir manevr etdi", deyə bildirib.

Türkiyənin NATO-dakı öhdəliklərini yaxşı bildiyini və əksiksiz yerinə yetirdiyini bildirən H.Akar Türkiyənin BMT tərəfindən tanınan Liviya hökuməti ilə əlaqələrini davam etdirdiyini, bunun qanuni fəaliyyət olduğunu, hər şeyin açıq bir şəkildə həyata keçirildiyini və beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb. O, Fransanın daxili siyasəti üçün Liviyadan istifadə etməməsinin ittifaqın maraqları baxımından əhəmiyyətli olduğunu söyləyib.

Akarın Türkiyənin Liviyadakı gələcəyi ilə əlaqədar suala cavabı belə olub: "İki xalqın 500 illik ortaq keçmişi, dəyərləri və tarixi var. Bu çətin günlərində onların yanında olmağa davam edəcəyik. Bunu hamı bilməlidir. Bu mənada hərbi təhsil, əməkdaşlıq və məsləhət xidmətlərində liviyalı qardaşlarımızın ehtiyaclarını mümkün qədər təmin etmək və bu çətin günlərində onlara kömək etmək üçün əlimizdən gələni etdik. Bundan sonra da etməyə davam edəcəyik. Tələb və ehtiyaclara uyğun olaraq da burada varlığımızın davam edib etməyəcəyini qiymətləndirəcəyik."

"Türk Silahlı Qüvvələri Liviya, Suriya və İraqın şimalında aktivdir və bu, bölgədə bəzilərini narahat edir və Türkiyəni hərbi avantürizm və başqa ölkəyə qarışmaqla günahlandırırlar. Türkiyənin məqsədi nədir?" sualına Akar, "Burada bütün məsələ, xüsusən 83 milyonluq Türkiyənin maraq və hüquqlarını qorumaq, təhlükəsizliyimizi təmin etmək, sərhədlərimizin təhlükəsizliyini təmin etməkdir. Bütün əməliyyatlarımızın hədəfi budur. Digər tərəfdən də bacardığımız qədər dost və qardaş ölkələrin ehtiyaclarına kömək etməkdir. Təbii olaraq bunlar tamamilə qanuni bir çərçivədə, müqavilələrə və qarşılıqlı razılaşmalara əsasən aparılır. Etdiklərimizin hamısı beynəlxalq hüquqa uyğun olaraq edilir. Bəzi həqiqətlərə göz yummaq istəyənlər bunları şişirdərək təhrif etmək istəyirlər. Bunlara diqqət yetirmək lazımdır. Bizim buradakı ən vacib çıxış nöqtəmiz, hazırda Liviyada mövcud haqq iddia edənlər arasında Sarracın təmsil etdiyi Milli Razılıq Hökumətinin BMT tərəfindən tanınmasıdır. Biz də BMT tərəfindən tanınan bu hökümət ilə əməkdaşlıq edirik. Çox təbii, çox açıq, çox şəffaf", - deyə cavab verib.

Akar, "Türkiyə təkcə Yaxın Şərqdə deyil, şərqi Aralıq dənizində də nə kimi rol oynamaq istəyir?" sualını belə cavablayıb: "Biz əvvəldən beri öz fəaliyyətimizi son derece real, təhlükəsizlik və müdafiə siyasətimizi həyata keçirərək planlaşdırırıq və idarə edirik. Bu mənada bir müddət əvvəl dediyim kimi biz İraqın şimalında, Suriyanın şimalında Türkiyəyə olan təhdid ve təhlükələri ortadan qaldırmaq, sərhədlərimizi və xalqmızı qorumaq üçün bəzi əməliyyatlar etmək məcburiyyətində qaldıq. Digər tərəfdən, Liviyada olduğu kimi, dost və qardaş ölkələrimizin ehtiyaclarını ödəməyə çalışırıq."