Azərbaycanda baş həkim və daha 5 tibb bacısı COVID19a yoluxub


Digərləri 07 İyl 2020 18:45:00 176 0

Azərbaycanda baş həkim və daha 5 tibb bacısı COVID19a yoluxub

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əli Məmmədov açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb.

O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib: "Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdirilib".