Azərbaycanda daha bir telejurnalist koronavirusa yoluxdu


Digərləri 07 İyl 2020 16:48:00 165 0

Azərbaycanda daha bir telejurnalist koronavirusa yoluxdu

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) bölgə müxbiri koronavirusa yoluxub.

Son.az Baku TV-ə istinadən xəbər verir ki, televiziyanın cənub bölgəsi üzrə müxbiri Rəhman Məlikovun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi testin nəticəsi pozitiv çıxıb.

O, ev şəraitində müşahidəyə götürülüb və müalicəsinə başlanılıb. Lakin bu gün səhhəti ağırlaşdığı üçün o, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, daha əvvəl İTV-nin iki əməkdaşı da koronavirusa yoluxub.