Nehrəmdə avtobus aşıb, ölən var


Digərləri 07 İyl 2020 16:06:00 155 0

Nehrəmdə avtobus aşıb, ölən var

Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 6-da saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi "İsuzu" markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb.

Babək RPŞ tərəfindən araşdırma aparılır.