"Azərbaycanın bu təşəbbüsünə qarşı çıxan Ermənistan özünü beynəlxalq həmrəylikdən təcrid etdi"


Siyasət 07 İyl 2020 16:31:00 143 0

"Azərbaycanın bu təşəbbüsünə qarşı çıxan Ermənistan özünü beynəlxalq həmrəylikdən təcrid etdi"

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yeni modul tipli xəstəxanın açılışında işitrak edib. Bu xəstəxana Xətai rayonunda yerləşir, 10 korpusdan ibarətdir, 800 xəstəni qəbul edə bilər. Pandemiya ilə mübarizədə Azərbaycan çox mühüm addımlar atır və bu istiqamətdə səhiyyə sisteminin gücləndirilməsi üçün müvafiq addımaların atılması zəruridir".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov ötən gün yeni yaradılmış modul tipli xəstəxananın açılışı zamanı Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, modul tipli xəstəxanaların tikilməsi koronavirus xəstələrinin müalicəsi üçün böyük əhəmiyyətə malikdir:

"Modul tipli xəstəxanaların tikilməsi koronavirus xəstələrinin müalicəsi üçün əhəmiyyətli ola bilər. Azərbaycanda hazırda beş modul tipli xəstəxana istifadədədir. Bunların ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri isə Abşeron rayonundadır. Prezidentin göstərişi ilə daha 5 modul tipli xəstəxana istifadəyə veriləcək və bu modul tipli xəstəxanaların hesabına koronavirus xəstələrini effektiv şəkildə müalicə etmək mümkün olacaq. Bundan əlavə olaraq Azərbaycanda hazırda koronavirusla mübarizədə 45 xəstəxanada xəstə müalicəsi davam etdirilir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu 45 xəstəxanadan 36-sı Prezident cənab İlham Əliyevin sərəncamı ilə son dövrlərdə inşa edilib və eyni zamanda labarotoriyaların sayı da artır. Modul tipli xəstəxanaların özündə də labarotoriyalar var və tez bir zamanda xəstəliyin müayinəsi aparılır".

Ekspert qeyd edib ki, Ermənistan BMT-nin xüsusi sessiyasının keçirilməsilə bağlı Prezident İlham Əliyevin təşəbbüsünə qarşı çıxmaqla özünü beynəlxalq həmrəylikdən təcrid etdi və özlərini dünya birliyi, beynəlxalq ictimaiyyət arasında çox pis vəziyyətə qoydu:

"Modul tipli xəstəxananın açılışından sonra Prezident yerli televiziyalara müsahibə verdi, müxbirlərin suallarını cavablandırdı. Ötən ilin əvvəllərində yerli televiziyaya müsahibə verən cənab Prezident bu dövr ərzində bir neçə dəfə yerli müxbirlərlə görüşüb. Ötən ilin sonunda ilin yekunlarına həsr olunmuş belə bir formatda jurnalistlərin suallarını cavablandırmışdı. Jurnalistlərin suallarını cavablandırmaq Azərbaycan ictimaiyyətini məlumatlandırmaq baxımından çox önəmlidir və çox gözəl formatdır. Prezident bu görüşdə müxbirlərin suallarını cavablandırdı. Suallar əsasən pandemiya ilə mübarizəyə həsr olunmuşdu və Azərbaycanda, eyni zamanda dünyada bu xəstəliyin qarşısını almaq üçün hansı effektiv tədbirlərin keçirilməsi ilə bağlı suallar çoxluq təşkil edirdi. Eyni zamanda Prezident pandemiya ilə mübarizədə Azərbaycan iqtisadiyyatına ayrılan vəsait, bu vəsaitin koronavirusla mübarizədə vətəndaşların rifah halının yüksəldilməsi üçün istifadə olunması və digər məsələlərə, eləcə də pandemiya ilə mübarizədə Azərbaycanın dünyada həmrəyliyin gücləndirilməsi istiqamətində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının zirvə görüşlərinin videokonfrans formatında keçirilməsi, Prezidentin Şərq Tərəfdaşlığı Dövlətlərinin videokonfrans formatında zirvə görüşündə iştirakı və Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsilə bağlı məsələlərə də toxundu. Burada Azərbaycanın təşəbbüsünü 130-dan çox dövlət dəstəkləyib. Halbuki 97 dövlətin bu məsələdə səs verməsi və Azərbaycanın təşəbbüsünə tərəfdaş çıxması lazım idi. Bu təşəbbüsə qarşı çıxan yeganə dövlət Ermənistan oldu. Prezident bu məsələyə də toxundu. Ermənistanda Azərbaycana qarşı çox güclü fobiya inkişaf edib. Azərbaycanın bu təşəbbüsünə qarşı çıxan Ermənistan beynəlxalq həmrəylikdən özünü təcrid etdi və özlərini dünya birliyi, beynəlxalq ictimaiyyət arasında da çox pis vəziyyətə qoydular". 

"Prezident ATƏT-in Ermənsitan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə də toxundu. Minsk qrupunun substantiv danışıqlar aparması ilə bağlı elə özünün çıxartdığı termin (substantiv danışıqlar-red) var. Bu, mahiyyəti üzrə danışıqların aparılması deməkdirsə və masa üzərində diplomatik sahədə XİN rəhbərlərinin və danışıqların predmetinə müdaxilə etmədən bu məsələnin həllini özündə ehtiva edir. Ermənistanın qeyri-konstruktiv mövqeyi, bu məsələni uzatmaq və status-kvonu qorumaq istiqamətində atdığı addımlar danışıqların yekun nəticəsinə mənfi təsir göstərir. Ona görə də ATƏT Ermənistanın bu münaqişənin alovlanmasına gətirib çıxardan danışıqları, heçə endirən addımlarına da adekvat şəkildə cavab verməlidirlər. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan ötən il "Dağlıq Qarabağ Ermənistandır" ifadəsi ilə danışıqlara əsaslı şəkildə kölgə saldı və Prezident İlham Əliyev bu məsələnin həlli istiqamətində çox vacib addımlar atdı. Ötən il Valday Beynəlxalq Diskusiya Klubunda Prezident "Qarabağ Azərbaycandır, nida işarəsi" ifadəsini səsləndirməklə Azərbaycanın bu məsələdə öz mövqeyindən və milli maraqlarından geri çəkilməyəcəyini bütün beynəlxalq ictimaiyyətə göstərdi. Bundan sonra Münhen Təhlükəsizlik Konfransında bir çox məsələlərə aydınlıq gətirildi. İlk dəfə idi ki, Azərbaycan və Ermənistan beynəlxalq bir platformada debatda üz-üzə gəlirdilər. Canlı efirdə bunu ekspertlər, siyasətçilər, diplomatlar və Qafqazın problematikası ilə maraqlanan bütün yaxından tanış olan şəxslər izlədilər və hər iki dövlətin birinci şəxsi bu məsələyə aydınlıq gətirdi. Bütün dünya gördü ki, Azərbaycanın söylədiyi arqumentlər əsaslıdır, Azərbaycan Respublikasının Prezidenti haqlıdır. Paşinyan burada da özünü çox çıxılmaz vəziyyətə saldı. Tarixi həqiqətləri təhrif etməklə məşğul idi. O, dil bilməməsi ilə və digər məsələlərdə Prezident İlham Əliyevdən geridə qalırdı. Buna görə də Prezidentin dünənki müsahibəsi çox müsbət dəyərləndirilir və geniş ictimaiyyət tərəfindən təqdir olunur", - politoloq bildirib. 

Təhməz Təkin Son.az