Peşə məktəblərində ilk dəfə subbakalavr səviyyəsi üzrə tələbə qəbulu aparılacaq


Digərləri 07 İyl 2020 15:42:00 182 0

Peşə məktəblərində ilk dəfə subbakalavr səviyyəsi üzrə tələbə qəbulu aparılacaq

İlk dəfə olaraq peşə təhsil müəssisəsində subbakalavr səviyyəsi üzrə tələbə qəbulu aparılacaq.

Təhsil Nazirliyindən Son.az-a verilən məlumata görə, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2020-2021-ci tədris ilindən etibarən yüksək texniki peşə - subbakalavr səviyyəsinin tədrisinə başlanılacaq.

Belə ki, 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş "Peşə təhsili haqqında" qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə - subbakalavr dərəcəsinin verilməsi nəzərdə tutulur. İlk dəfə tədrisinə başlanılacaq təhsil səviyyəsi üzrə ünvanlanan müraciətlər tam orta təhsil bazasını bitirmiş şəxslər üçün açıq hesab olunur.

Qeyd edək ki, Mərkəzdə "Avtomobil diaqnostikası və təmiri ustası" və "Veb dizayner və proqram təminatçısı" ixtisasları üzrə 3 illik subbakalavr, yüksək texniki peşə təhsili təklif olunur. Subbakalavr səviyyəsinə sahib olmaq istəyənlər Mərkəzin rəsmi saytı vasitəsilə (http://bii.edu.az/) iyulun 24-dək elektron qeydiyyatdan keçməlidirlər.