Monqolustanda daşqınlar nəticəsində 8 nəfər ölüb


Dünya 07 İyl 2020 16:00:00 149 0

Monqolustanda daşqınlar nəticəsində 8 nəfər ölüb

Monqolustanın bir neçə əyalətində baş vermiş daşqınlar nəticəsində azı 8 nəfər həlak olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, daşqınlar həftəsonu qeyd alınıb.

Təbii fəlakət nəticəsində 3 əyalətdə 2,3 mindən çox ev su altında qalıb. Çoxlu sayda sakin yaşayış yerlərindən təxliyə edilib.

Bundan başqa, 7 mindən çox mal-qara tələf olub.