"Messenger"inizə yaza bilən şəxs, "WhatsApp"ınıza da mesaj göndərə biləcək


Digərləri 07 İyl 2020 14:51:00 148 0

"Messenger"inizə yaza bilən şəxs, "WhatsApp"ınıza da mesaj göndərə biləcək

"WhatsApp" mesajlaşma sistemi ilə bağlı yenilik etməyə hazırlaşır.

Son.az bildirir ki, mətbuata sızan məlumata görə, artıq "Messenger"inizə yaza bilən şəxs nömrəniz onda olmasa belə "WhatsApp"ınıza da mesaj göndərə biləcək. Həmçinin, bunun əksi də mümkün olacaq.

Bu barədə məlumatı WABetaInfo yayıb. Bildirilib ki, bunun tətbiqi üçün uzun vaxt lazımdır və bir müddət sonra bu yenilik ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Feysbukun baş icraçı direktoru Mark Zukerberq 2014-cü ildə "WhatsApp"ı alıb.