Polis mikroavtobusu saxladı:


Dünya 07 İyl 2020 14:04:00 165 0

Polis mikroavtobusu saxladı:

Türkiyənin Esenyurt bölgəsində polis yeni növ koronavirus infeksiyası ilə mübarizədə əsas məsələlərdən olan sosial məsafə qaydalarına əməl etməyən nəqliyyat vasitələrinə qarşı reyd edib.

Son.az İHA-ya istinadən xəbər verir ki, polislərin saxladıqları tutumu 14 sərnişin olan mikroavtobusdan 42 sərnişin çıxıb.

Reyd zamanı saxlanılan digər nəqliyyat vasitələrindən 12 nəfərlik mikroavtobusda 24 sərnişinin, başqa birində isə 19 sərnişinin daşındığı aşkar edilib.

Sürücülərə qanuna zid əməllərinə görə 3 min 254 TL (Təxminən 805 manat) məbləğində cərimə tətbiq edilib.

Məhəmməd Vaqif Son.az